ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (bundan sonra – Agentlik) DOST mərkəzlərinin idarə edilməsi, onların fəaliyyətinə nəzarət və qiymətləndirmənin həyata keçirilməsi, eləcə də məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində, habelə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə (bundan sonra – müvafiq sahə) Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi siyahıda göstərilən xidmətlərin (bundan sonra – xidmətlər) DOST mərkəzlərində göstərilməsinin təşkili ilə bağlı fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, DOST Agentliyinin Nizamnaməsini, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları, Nazirliyin qərar, əmr və sərəncamlarını rəhbər tutur.

Agentlik vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, həmkarlar ittifaqları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

Agentliyin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, loqotipi (emblemi), üzərində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adı və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

Agentliyin fəaliyyət istiqamətlərinə DOST mərkəzlərinin fəaliyyətinin təşkilini təmin etmək və onları idarə etmək, mərkəzlərdə xidmətlərin “bir pəncərə”, həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsi ilə bağlı tədbirlər görmək, həmçinin Nazirliyin müvafiq qurumlarının fəaliyyətinin DOST mərkəzlərində təşkili ilə bağlı təkliflər vermək və həmin xidmətlərin Nazirliyin müvafiq qurumları ilə əlaqəli şəkildə həyata keçirilməsini təmin etmək,  onların fəaliyyətinə nəzarət etmək; sosial müdafiəyə və təminata ehtiyacı olan şəxslər arasında sorğular keçirmək, onların problemlərini öyrənmək, hüquqlarının qorunması, Nazirliyin aidiyyəti qurumları ilə birlikdə sosial müdafiə və təminat tədbirlərinin ümumi şərtlərinin, forma və mexanizmlərinin hazırlanmasında, təkmilləşdirilməsində və həyata keçirilməsində iştirak etmək; ehtiyaclarının qarşılanması ilə bağlı təkliflər hazırlamaq, müvafiq sahədə normativ hüquqi aktların layihələrinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək, Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək, fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək,  Agentliyin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək və Nizamnaməsi ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək daxildir.

Rəhbərlik Nizamnamə Struktur DOST mərkəzlərində göstərilən xidmətlərin siyahısı DOST mərkəzlərində xidmət göstərilməsi Qaydası