ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

Daxili nəzarət və audit şöbəsi

Əsasnamə 252.30K

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) Aparatının struktur bölməsi olan Daxili nəzarət və audit şöbəsi (bundan sonra - Şöbə) bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində Nazirliyin fəaliyyət istiqamətlərinə aid funksiyaların həyata keçirilməsi ilə əlaqədar onun Aparatının digər struktur  bölmələrinin, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki digər qurumların (hüquqi şəxslər, təşkilatlar və sair), habelə Nazirliyin təsisçisi olduğu, səhmlərinin saxlanılma və ya idarə olunması ona həvalə edilmiş hüquqi şəxslərin (bundan sonra - Nazirliyin struktur bölmələri) funksional fəaliyyəti və həmin struktur bölmələrinin əməkdaşlarının xidməti fəaliyyəti, icra və əmək intizamı, o cümlədən anti-korrupsiya, sistemdaxili informasiya təhlükəsizliyi, vətəndaşların qəbulu zamanı etik davranış qaydalarına əməl olunması, ərizə və şikayətlərə vaxtında baxılaraq tam və düzgün cavablandırılması üzrə daxili nəzarət tədbirlərini və auditlə bağlı fəaliyyəti həyata keçirir.

Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Beynəlxalq Audit və Təsdiqləmə standartlarını, Azərbaycan Respublikasının “Daxili audit haqqında” Qanununu, "Dövlət qulluğu haqqında” Qanununu və digər qanunlarını, "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”ni, Azərbaycan Respublikası Prezidentinin digər fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Nazirliyin Kollegiya qərarlarını, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin (bundan sonra - Nazir) əmr və sərəncamlarını, digər qanunvericilik aktlarını və bu Əsasnaməni rəhbər tutur.

Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin struktur bölmələri, eləcə də mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.