Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərindən biri də sosial cəhətdən həssas kateqoriyalara aid şəxslərin sosial xidmətlərlə təmin edilməsidir.
Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin müəssisələrində, habelə qurumun sosial sifarişləri üzrə icra olunan layihələr çərçivəsində həmin şəxslərə reabilitasiya yönümlü sosial xidmətlər göstərilir. Həmçinin tənha ahıl və əlilliyi olan şəxslərə evlərində sosial-məişət xidməti göstərilir, repatriantları, məişət zorakılığından zərər çəkmiş, penitensiar müəssisələrdən azad olmuş şəxsləri əhatə edən sosial reabilitasiya işləri aparılır.
Son illər sosial xidmətlərin əhatəsinin genişlənməsi, həssas qrupların sosial xidmətlərə əlçatanlığının artırılması, bu sahədə innovativ həllərin tətbiqi istiqamətində də mühüm addımlar atılıb.
“Sosial saat”ın budəfəki buraxılışında həssas əhali qruplarına göstərilən sosial xidmətlərdən bəhs olunacaq.
30 aprel saat 11:30-da DOST TV-də canlı yayımlanacaq verilişdə Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Tünzalə Verdiyeva ilə bu mövzu ətrafında danışılacaq, həmçinin izləyiciləri maraqlandıran suallar cavablandırılacaq.
Kanala keçid linki: