Ölkəmizdə əmək qanunvericiliyinin mütərəqqi beynəlxalq yanaşmalar əsasında təkmilləşdirilməsi istiqamətində son illər mühüm irəliləyişlər əldə olunub.
Eyni zamanda, iş yerlərində əmək qanunvericiliyinə əməl olunmasına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ardıcıl dövlət nəzarəti həyata keçirilir. Əsas məqsəd iş yerlərində əmək qanunvericiliyinin düzgün tətbiqi, habelə işçilərin hüquqlarının dolğun təmin edilməsidir.
8 iyun saat 11:30-da DOST TV-də canlı yayımlanacaq “Sosial saat”da Xidmətin Quba-Xaçmaz regional şöbəsinin rəisi Təngiz Nəzərovla müsahibəmiz də bu mövzuda olacaq. Xidmətə daxil olan müraciətlərə əsasən əmək hüquqlarının qorunması sahəsində aparılan işlərdən bəhs olunacaq, həmçinin izləyiciləri maraqlandıran suallar cavablandırılacaq.
Kanala keçid linki:
https://www.youtube.com/@dostmediatv