DOST mərkəzlərində göstərilən xidmətlərin sayı bu gündən artaraq 160-dan 162-yə çatıb.
Belə ki, Prezident İlham Əliyevin 29 dekabr 2025-ci il tarixli Fərmanına əsasən bir sıra qanunvericilik aktlarında dəyişiklik edilməklə, eyni zamanda DOST mərkəzlərində göstərilən xidmətlərin siyahısına daha iki xidmət əlavə edilib.
Bu xidmətlərə:
daxildir.
Qeyd edilən Fərman 2026-cı il yanvarın 1-dən qüvvəyə minir və sözügedən iki xidmət də bu gündən DOST mərkəzləri tərəfindən göstəriləcək.
Xatırladaq ki, qanunvericiliyə edilmiş yeni dəyişikliklər dövlət sektoru üzrə işçilərin istehsalat qəzaları, peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsindən icbari sığortalanması və sığorta ödənişlərinin 2026-cı il yanvarın 1-dən Dövlət Sosial Müdafiə Fondu vasitəsilə həyata keçirilməsini nəzərdə tutur.
DOST mərkəzlərində göstərilən xidmətlərin siyahısına əlavə edilmiş iki xidmət də bununla əlaqədardır.