Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev oktyabrın 27-də Siyəzən rayonunda Siyəzən və Şabran rayonlarının sakinlərini qəbul edib.
Qəbul zamanı vətəndaşların məşğulluq, əlillik, mənzil təminatı, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciətləri cavablandırılıb.
Müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.
Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib.