Xankəndidə keçirilən "SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forumda iştirak etmək üçün ölkəmizə səfərə gələn Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Işıkhanın başçılıq etdiyi nümayəndə heyəti Şuşada olub.
Qonaqlar Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Cıdır düzünü, Yuxarı Gövhər Ağa məscidini, İsa bulağını və s. ziyarət edib.