Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün noyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.
Beləliklə, Fond bu ayın bütün sosial ödənişlərini başa çatdırıb.
Bundan əvvəl noyabrın 6-da Naxçıvan Muxtar Respublikası, noyabrın 13-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, noyabrın 20-də isə digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin noyabr ayı üzrə pensiyaları ödənilib.