ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

Rəhbərlik

 

Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin Sədri

Vüqar Şəfa oğlu Behbudov

1979-cu ildə Sumqayıt şəhərində anadan olub. 

2000-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin bakalavr pilləsini, 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Kredit fakültəsinin bakalavr pilləsini, 2007-ci ildə fərqlənmə diplomu ilə həmin fakültənin magistr pilləsini bitirib.

2002-ci ildən Vergilər Nazirliyində, 2008-ci ildən Dövlət Sosial Müdafiə Fondunda müxtəlif vəzifələrdə işləyib.

2011-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Aparatının Sosial xidmətlər sektorunun müdiri, 2016-cı ildən həmin Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Aparatının Sosial xidmətlər və proqramlar şöbəsinin müdiri vəzifələrində çalışıb.

2020-ci ilin 1 iyulunda Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müvafiq əmri ilə Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.