ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın (yeni tərkibdə) üzvlüyünə dair keçiriləcək birgə yığıncaqla (səsvermə) bağlı ELAN

Müraciət məktubunun nümunəsi

Vətəndaş cəmiyyəti institutlarının nəzərinə çatdırılır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın birgə yığıncağında (səsvermə) iştirak etmək istəyənlər 01.04.2025-ci il tarixindən 08.04.2025-ci il tarixinədək (iş günləri saat 9:30-dan 17:00-dək) Nazirlik yanında İctimai şuranın Seçki Komissiyasına müraciət edə bilərlər.

Birgə yığıncaqda (səsvermə) hər bir vətəndaş cəmiyyəti institutundan bir nümayəndə iştirak edə bilər.

Səsvermədə iştirak üçün vətəndaş cəmiyyəti institutları aşağıdakı sənədləri əlavə etməlidir:

  • səsvermədə iştirak edəcək şəxslə bağlı vətəndaş cəmiyyəti institutunun müraciət məktubu (müraciətdə səsvermədə iştirak edəcək şəxsin əlaqə vasitələri, e-mail və digər zəruri məlumatları qeyd edilməlidir)
  • səsvermədə iştirak edəcək nümayəndənin şəxsiyyət vəsiqəsinin surəti;
  • vətəndaş cəmiyyəti institutunu təmsil etdiyini təsdiq edən sənədin surəti;
  • təmsil etdiyi vətəndaş cəmiyyəti institutunun dövlət qeydiyyatı ilə bağlı sənədin surəti.

Tələb olunan sənədlər Nazirliyin Bakı şəhəri, S. Əsgərova 85 ünvanına və ya info@sosial.gov.az elektron ünvanına göndərilməklə təqdim edilə bilər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuraya seçkiylə bağlı birgə yığıncaq (səsvermə) 18.04.2025-ci il tarixində saat 10:00-dan-13:00-dək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (I mərtəbə, iclas zalı) keçiriləcək.

Şəffaflığın təmin edilməsi məqsədilə səsvermənin videoçəkilişi aparılacaq.