ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

Rəhbərlik

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri

Ramin Alik oğlu Rzayev

1977-ci ildə anadan olub. 2000-ci ildə Türkiyə Respublikasının Ankara Universitetinin Hüquq fakültəsinin bakalavr pilləsini bitirib.

2003-2018-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin tabeliyində “Mərkəzi Klinika” MMC-nin Hüquq şöbəsinin müdiri, Təftiş Departamentinin sədri, 2019-2021-ci illərdə “Azeract Consulting” MMC-nin direktoru vəzifələrində çalışıb.

2021-ci ildən hazırkı vəzifəsinə qədər Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini işləyib.