ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

Rəhbərlik

Dövlət Sosial Müdafiə Fondunun İdarə heyətinin sədri

Zəka Aqil oğlu Mirzəyev

1978-ci ildə anadan olub.

2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin beynəlxalq hüquq ixtisası üzrə bakalavr pilləsini, 2002-ci ildə magistr pilləsini fərqlənmə diplomu ilə, 2007-ci ildə aspiranturasını bitirib. 

2000-ci ildə özəl sektorda hüquq məsləhətçisi işləyib. 2003-2004-cü illərdə hərbi xidmətdə olub. 

2005-ci ildən Maliyyə Nazirliyində baş məsləhətçi, sektor müdiri, müdir müavini, 2018-ci ildən Dövlət Sosial Müdafiə Fondunun idarə rəisi vəzifəsində çalışıb. 

2020-ci ildən Fondun İdarə Heyətinin sədr müavini olub.

2025-ci ilin 16 aprel tarixində Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müvafiq əmri ilə Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.