Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin Sədri

Vüqar Şəfa oğlu Behbudov

1979-cu ildə Sumqayıt şəhərində anadan olub.  

2000-ci ildə  Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin bakalavr pilləsini, 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Kredit fakültəsinin bakalavr pilləsini, 2007-ci ildə fərqlənmə diplomu ilə həmin fakultənin magistr pilləsini bitirib.

2002-ci ildən Vergilər Nazirliyində, 2008-ci ildən Dövlət Sosial Müdafiə Fondunda müxtəlif vəzifələrdə işləyib.

2011-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Aparatının Sosial xidmətlər sektorunun müdiri, 2016-cı ildən həmin Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Aparatının Sosial xidmətlər və proqramlar şöbəsinin müdiri vəzifələrində çalışıb.

2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

2020-ci ilin 1 iyulunda Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müvafiq əmri ilə Sosial Xidmətlər Agentliyinin idarə heyətinin sədri vəzifəsinə təyin edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Azərbaycan, rus, fars və ərəb dillərini bilir. Ehtiyatda olan zabitdir.

Evlidir, 1 övladı var.