Sosial Dəstək Mərkəzi

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində "Sosial Dəstək Mərkəzi" publik hüquqi şəxsi (bundan sonra - Mərkəz) əlilliyi olan şəxslərin, işsiz və işaxtaranların, habelə sosial müdafiəyə ehtiyacı olan digər şəxslərin məşğulluğu, sosial müdafiəsi, təminatı, sosial adaptasiyası ilə bağlı tədbirləri, həmçinin bu istiqamətdə müxtəlif sosial dəstək layihələrini həyata keçirir.