Sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailələri mütamadi olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları tərəfindən ziyarət olunur.
Bu dəfə şəhid Ömər Şirinovun Goranboy rayonu, Aşağı Ağcakənd kəndində yaşayan ailəsi ziyarət edilib.
Ailənin sosial vəziyyəti ilə maraqlanılıb. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri sosial dəstək tədbirləri ilə əhatə olunurlar.
Söhbət zamanı şəhidimizin keçdiyi şərəfli döyüş yolundan danışılıb. Onun xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb.