Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev Vətən müharibəsində iştirak etmiş, oktyabr ayının 10-u Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Vətən Müharibəsi Qəhrəmanı Əfqan Əbdürrəhmanovun ailəsini ziyarət edib.
Prezident İlham Əliyevin Sərəncamları ilə Əfqan “Vətən Müharibəsi Qəhrəmanı” medalı ilə yanaşı, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Xidmətin rəisi ailənin sosial vəziyyəti ilə maraqlanıb. Bildirilib ki, bütün şəhid ailələrinə, o cümlədən Əfqanın ailəsinə də dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərilir. Şəhidimizin ailəsinə Prezidentin aylıq təqaüdü ilə yanaşı, mənzil də təqdim olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!