Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli sentyabrın 9-da Tərtər rayonunda həmin rayonun sakinlərini qəbul edib.
Müraciət edənlər sırasında Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadə də olub. V.Nəsirli qəhrəmanımızın sosial vəziyyəti ilə maraqlanıb, onların və bütün şəhid ailələrinin qayğı ilə əhatə olunmasının bu gün nazirlik üçün başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.
Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.