Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin AzTV-yə müsahibəsi

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev AzTV-yə müsahibəsində Prezident İlham Əliyevin sədrliyi ilə cari ilin birinci yarımilinin yekunlarına dair keçirilmiş müşavirənin nəticələrindən, nazirlik tərəfindən postmüharibə dövründə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək tədbirlərindən bəhs edib. Nazir son illər aparılan köklü sosial islahatların uğurlarını diqqətə çatdırıb, qarşıda duran sosial hədəflər barədə məlumat verib.