Əlillik təyinatına əsas verən iki və daha çox hal olduqda daha üstün sosial təminat hüququ verən əlillik səbəbi müəyyən ediləcək

Yeni meyarlar

Gələn aydan qüvvəyə minəcək yeni meyarlara əsasən, hər hansı şəxsə əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulması hallarında daha üstün sosial təminat hüququ verən əlillik səbəbi müəyyən ediləcək. Belə hallarla bağlı  orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildikdə də, onlardan ən yüksək olan faiz götürüləcək.

Bu yanaşma peşə xəstəliyi və istehsalat zədəsi hallarına aid edilməyəcək.

Yeni əlillik meyarlarına görə  əlillik 1 il, 2 il, 5 il müddətinə və ya  müddətsiz təyin olunacaq.