Rumıniya nümayəndə heyətinin üzvləri 4 saylı Bakı DOST Mərkəzində olub

Ölkəmizdə səfərdə olan Rumıniyanın energetika naziri Vircil-Daniel Popeskunun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri - Rumıniyanın energetika nazirinin müavini Corce-Serciu Nekulesku, əmək və sosial həmrəylik nazirinin müavini Kıtılin Bobok və Rumıniyanın Azərbaycandakı səfirliyinin diplomatik müşaviri Kristian Daçika 4 saylı Bakı DOST Mərkəzində olublar. 

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov qonaqları mərkəzlə tanış edib, DOST layihəsi haqqında ümumi məlumat verib.  DOST mərkəzlərinin iş prinsipi, xidmət sahələri ilə bağlı yeniliklər diqqətə çatdırılıb,  DOST konsepsiyası barədə geniş təqdimat edilib.

Rumıniya rəsmiləri DOST Agentliyinin kifayət qədər unikal bir layihə olduğunu və bir çox dövlətlər üçün nümunə ola biləcəyini qeyd ediblər. Görüşdə tərəflər arasında gələcək mümkün əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.