Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Fuad Musayev şəhid Cəfərov Ruslan Gündüz oğlunun ailəsi ilə görüşüb.
44 günlük Vətən müharibəsində şərəfli döyüş yolu keçən R.Cəfərov Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin Sərəncamları ilə o, “Vətən Uğrunda” medalı, “Füzulinin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub.
Şəhidin ailəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Xocasən qəsəbəsində mənzillə təmin edilib. Ailəyə birdəfəlik sığorta ödənişi və maddi yardım verilib. Həmçinin şəhid ailəsi Prezidentin aylıq təqaüdü və ailə başçısını itirməyə görə pensiya ilə təmin edilir.
Fuad Musayev şəhidlərimizin xatirəsinin əbədi olaraq qəlbimizdə yaşayacağını, şəhid R.Cəfərovun ailəsi ilə bağlı sosial dəstək tədbirlərinin bundan sonra da davam edəcəyini vurğulayıb.