Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov Ramazan bayramı ərəfəsində Vətən müharibəsi əlili Əhmədov Yusif Ağabəy oğlunu ziyarət edib.
Yusif Əhmədov 44 günlük Vətən müharibəsində Füzulinin azad olunması istiqamətində gedən döyüşlərdə iştirak edib və minaya düşərək yaralanıb.
Prezident İlham Əliyevin Sərəncamları ilə o, “Füzulinin azad olunmasına görə”, "Vətən uğrunda" medalları ilə təltif olunub.
Y.Əhmədova ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar I dərəcə əlillik təyin olunub. Birdəfəlik sığorta ödənişi verilib, aylıq sosial ödənişlərin təyinatı aparılıb.
Görüşdə Y.Əhmədovun və ailəsinin hazırkı sosial vəziyyəti öyrənilib.
Ailənin diqqət və qayğı ilə əhatə olunmasının bundan sonra da davam edəcəyi bildirilib.