Bu ilin 10 ayında pensiya təminatı üzrə keçən ilin eyni dövrünə nisbətən 117 mln. manat çox olmaqla 3 mlrd. 848 mln. manat ödənilib

Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin təzahürü olaraq, onlara ödənilən vəsaitlərdə davamlı artım dinamikası mövcuddur.

2021-ci ilin yanvar-oktyabr aylarında pensiya təminatı istiqaməti üzrə 3 mlrd. 848  mln. manat vəsait ödənilib ki, bu da keçən ilin eyni dövrünə nisbətən 3,1% və ya 117 mln. manat çoxdur. Pensiyaların orta aylıq məbləği isə 10% artaraq 331 manat, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 8,5% artaraq 358 manat təşkil edib.

2019-cu ilin əvvəlindən ölkəmizdə pensiyaların təyinatı elektronlaşdırılıb. Nəticədə vətəndaşların pensiya hüququ yarandığı halda müraciətlərinə və sənəd təqdim etmələrinə ehtiyac qalmadan, onlara  e-sistemlər üzərindən proaktiv şəkildə pensiya təyin edilir. Ötən dövrdə 46 min, o cümlədən  2021-ci ilin 10 ayında 20,3 min şəxsə pensiya təyinatı e-qaydada aparılıb.