“Tut əlimdən” layihəsinin bu dəfəki iştirakçıları şəhidimiz Rəhim Hüseynovun övladları və nazir müavini Vüsal Nəsirli olub

“Tut əlimdən” layihəsi üzrə bu gün,  noyabrın 11-də saat 18.30-da AzTV-də  yayımlanacaq növbəti verilişdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və şəhid Rəhim Hüseynovun övladları Hikmət və Rüfətin birgə keçirdikləri bir gün təqdim ediləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və AzTV-nin “Tut əlimdən” layihəsi çərçivəsində rəhbər vəzifəli, tanınmış şəxslər bir gününü şəhid övladları ilə keçirir. Onların asudə vaxtını mənalı keçirmələrinə dəstək olur, qayğılarını bölüşür.

Layihənin məqsədi şəhidlərimizin bizə əmanətləri olan övladlarının daim diqqət və qayğı əhatəsində olduqları mesajını cəmiyyətə çatdırmaqdır.

Vüsal Nəsirli və şəhidimiz Rəhim Hüseynovun övladları ilə görüşündən çəkilmiş fotoları təqdim edirik.