Bakıdakı DOST Mərkəzlərində avqustun 23-dən fəaliyyət göstərən vahid əlaqələndirmə mərkəzlərində ötən dövrdə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibədə xəsarət almış hərbi qulluqçular və müharibə əlillərindən ibarət 1023 şəxs qəbul edilib.
Postmüharibə dövründə şəhid ailələri və qazilərə mühüm dəstək tədbirlərindən daha biri Prezident İlham Əliyevin 2021-ci il 25 iyun tarixli Fərmanı ilə vahid əlaqələndirmə mərkəzlərinin yaradılmasıdır. Bu mərkəzlərdə şəhid ailələri və qazilərə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə və s. sahələr üzrə 7 quruma aid 26 xidmət “bir pəncərə”dən, operativ və şəffaf şəkildə, vətəndaş rahatlığı və məmnunluğu prinsipi əsasında göstərilir.
Ötən dövrdə vahid əlaqələndirmə mərkəzlərinə edilən müraciətlərin bölgüsü aşağıdakı kimidir:
Vahid əlaqələndirmə mərkəzləri:
fəaliyyət göstərir.
Növbəti mərhələdə ölkəmizin digər bölgələrində də vahid əlaqələndirmə mərkəzlərinin yaradılması nəzərdə tutulur.