Qan donorluğunun təşkilində fəal iştirakına görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təşəkkür edilib

14 İyun - Ümumdünya Qan Donoru günü münasibətilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankı qan donorluğunun təşkilində fəal iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təşəkkür edib.

Xroniki və irsi qan xəstəliklərindən əziyyət çəkən insanların hər zaman davamlı qan təminatına zərurət var. Qan donorluğunun təşkili nəticəsində həmin şəxslərə qan və onun komponentlərinin köçürülməsi onların həyatını xilas etməyə imkan verir. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi də qanvermə aksiyalarında daim iştirak edərək, bu xeyirxah işlərə öz töhfəsini verir.