Yanvar-aprel aylarında pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 6% çox olmaqla 2 milyard 25 milyon manat vəsait ödənilib

2021-ci ilin yanvar-aprel aylarında da pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə ödənişlərdə artım dinamikası davam edib.

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən həmin dövrdə qeyd olunan  istiqamətlər üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 6,0%  və ya 113,9 milyon manat çox olmaqla  2 milyard 25 milyon manat vəsait ödənilib.Bu sosial ödənişlər ümumilikdə 2 milyon 350 min şəxsi əhatə edib.