Əlilliyi olan şəxslərin əl işlərindən ibarət növbəti satış-sərgiyə başlanıb

Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzinin yetirmələrinin əl işlərindən ibarət növbəti satış-sərgi bu gün 1 saylı Bakı "ASAN xidmət" mərkəzində təşkil olunub.

Tədbirdə Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov və Prezident yanında Vətəndaşlara Xidmət  və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov iştirak ediblər.

12:00-dən18:00-dək davam edəcək satış-sərgidə 10-dək sənət növü (xalçaçılıq, toxuculuq, rəssamlıq, oyma və s.) üzrə 1000-ə yaxın əl işi nümayiş olunur.

Sosial Xidmətlər Agentliyi, “ASAN xidmət” və Bakı Gənclər Mərkəzinin birgə  təşkilatçılığı ilə aprel ayında 1 saylı DOST Mərkəzində start verilən bu satış-sərgilər may ayı ərzində aşağıdakı tarixləri və ünvanlarda davam edəcək:

 

4 may, saat 12:00-18:00 - 1 saylı “ASAN xidmət” mərkəzi

7 may, saat 11:00-19:00 - Bakı Gənclər Mərkəzi;

17 may, saat 12:00-18:00 - 5 saylı “ASAN xidmət” mərkəzi;

21 may, saat 12:00-18:00 - 4 saylı “ASAN xidmət” mərkəzi;

26-27 may, saat 11:00-17:00 - 3 saylı DOST Mərkəzi.

 

Qeyd olunan satış-sərgilərin təşkilində məqsəd əlilliyi olan şəxslərin istedad və bacarıqlarının cəmiyyətə tanıdılması, onların yaradıcılıq imkanlarına, fəaliyyətlərinin stimullaşdırılmasına,  cəmiyyətə inteqrasiyasına dəstək verilməsidir.