Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin www.sosial.gov.az rəsmi internet səhifəsində
Onlayn əlaqə - Canlı Çat
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin www.sosial.gov.az rəsmi internet səhifəsində Onlayn əlaqə - Canlı Çat nazirliyin səlahiyyətlərinə dair məsələlər, o cümlədən sosial təminat, əlilliyin müəyyən edilməsi və tibbi-sosial reabilitasiya, məşğulluğun təminatı, iş yerlərində əmək qanunvericiliyinə əməl olunması, bu sahələr üzrə elektron xidmətlərdən istifadə ilə əlaqədar vətəndaşların məlumat, sorğu və şikayət xarakterli müraciətlərinin qəbul edilərək operativ şəkildə cavablandırılması məqsədinə xidmət edir.
Onlayn əlaqə - Canlı Çat onlayn rejimdə həftənin Bazar ertəsi – Cümə günləri saat 09.00-dan – 18.00-dək vətəndaşların xidmətindədir.
Son bir ildə nazirliyin 142-“Çağrı mərkəzi”nin fəaliyyəti müasir tələblərə uyğun qurulub. Bu sahəyə məsul əməkdaşların sayı artırılmaqla, müraciətlərin qəbulu, avtomatik qeydiyyatı və aidiyyəti üzrə yönləndirilərək operativ cavablandırılması sisteminin texniki infrastrukturunun təkmilləşdirilməsi üçün müvafiq işlər aparılıb.
Onlayn əlaqə - Canlı Çat vasitəsilə nazirliyin fəaliyyət istiqamətlərinə aid olan bütün sahələr üzrə müraciətlər cavablandırılır, o cümlədən:
sosial müdafiə ilə bağlı,
əlilliyin müəyyən edilməsi və reabilitasiya ilə bağlı,
məşğulluqla bağlı,
əmək qanunvericiliyi ilə bağlı,
elektron xidmətlərlə bağlı,
informasiya sistemindən məlumatın əldə edilməsi və avtomatlaşdırılmış pensiya təyinatı ilə bağlı nazirliyin məsul əməkdaşlarına sualları ünvanlamaq mümkündür.