Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 07 sentyabr 2021-ci il tarixdə keçirilmiş .....

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 07 sentyabr 2021-ci il tarixdə keçirilmiş “Eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqlar (və ya şəxslər) üçün kütləvi informasiya vasitələri vasitəsilə surdoloji maarifləndirmə xidmətlərinin aparılması” adlı müsabiqənin qalibi “Uşaq və Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi, “Əlilliyi olan şəxslərə diqqət və qayğının artırılması məqsədilə təbliğat kampaniyasının aparılması” adlı müsabiqənin qalibləri fiziki şəxs İsmayılov Hafiz Telman oğlu, “Azərbaycan Qadınlarının Haqlarını Müdafiə Mərkəzi” İctimai Birliyi, “İnklüziv Cəmiyyət Naminə” Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyi, “Əlilliyin düzgün dərk edilməsi istiqamətində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi” adlı müsabiqənin qalibləri fiziki şəxs Cəfərqulu Ceyhun İsmayıl oğlu, “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi, “Görmə imkanları məhdud şəxslər (və ya uşaqlar) üçün müyəssər formatlı nəşrlərin hazırlanması” adlı müsabiqənin qalibləri “Qayğıya Ehtiyacı Olan Şəxslərə Sosial Dəstək” İctimai Birliyi və “Vətəndaş Cəmiyyətinin Regionlarda İnkişafına Dəstək” İctimai Birliyi olmuşdur. 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 10 sentyabr 2021-ci il tarixdə keçirilmiş “Sosial məsuliyyət platforması” adlı təkrar müsabiqənin qalibi “Educators.Pro” MMC olmuşdur.