Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın 9 nəfərdən ibarət yeni tərkibinin müəyyən olunması üçün seçki keçirilib.
Seçkinin təşkili məqsədilə Nazirlikdə 9 nəfərdən (Nazirlik əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutlarından 5 üzv) ibarət komissiya yaradılıb və seçkilərin keçirilməsi ilə bağlı elan verilib.
İctimai şuraya üzv olmaq üçün vətəndaş cəmiyyəti institutlarından 16 nəfərin namizədliyi təsdiq edilib.
Səsvermədə iştirak üçün qeydiyyata alınmış 142 nəfər QHT və KİV nümayəndəsinin iştirakı ilə şəffaf şəkildə keçirilən seçkinin nəticəsi olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın aşağıdakı QHT nümayəndələrindən ibarət 9 nəfərlik yeni tərkibi seçilib:
1. Rzazadə İradə Bağır qızı - “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri
2. Həsənli Emin Əliyar oğlu - “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri
3. Məmmədov Elşad Yaqub oğlu -“Ümman” Əlilliyi olan Uşaqlara Qayğı İctimai Birliyinin sədr müavini
4. Qasımov Rey Kərim oğlu - “Qarabağ Qaziləri” İctimai Birliyinin İdarə Heyətinin üzvü
5. Mahmudova Ramilə Rasim qızı - “İnklüziv Cəmiyyət Naminə Əlilliyi Olan Şəxslərə Dəstək“ İctimai Birliyinin sədri
6. Məmmədov Sahib Məlik oğlu - “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri
7. Zəkiyev İlham Əzizağa oğlu - Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin vitse-prezidenti
8. Məmmədzadə Bəhruz Qasım oğlu - “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və Veteranları” İctimai Birliyinin sədri
9. Əzimzadə Aslan Cavid oğlu - “Mərhəmət” Kimsəzilərə Yardım” İctimai Birliyinin üzvü
“İctimai iştirakçılıq haqqında” Qanuna uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında fəaliyyət göstərən İctimai şura Nazirliyin fəaliyyətində ictimai iştirakçılığı, aidiyyəti fəaliyyət sahələri üzrə qanunvericiliyin təkmilləşdirilməsində, hüquqi aktların qəbulu prosesində vətəndaş cəmiyyəti institutlarının iştirakını, ictimai nəzarəti təmin edir.
Həmin Qanuna əsasən şuranın səlahiyyət müddəti iki ildir və hər iki ildən bir vətəndaş cəmiyyəti institutları tərəfindən şuranın yeni tərkibi seçilir.