Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında 9 nəfərlik yeni tərkibdə fəaliyyətə başlayan İctimai şuranın ilk iclası da keçirilib.
İclasın gündəliyi İctimai şuranın sədri, sədr müavini və katibinin seçilməsi, şuranın tərkibində işçi qrupların müəyyən edilməsi, şura üzvlərinə vəsiqələrin təqdim edilməsi məsələlərini əhatə edib.
“Ümman” Əlilliyi olan Uşaqlara Qayğı” İctimai Birliyinin sədr müavini Elşad Məmmədov şuranın sədri, “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə şuranın sədr müavini, “İnklüziv Cəmiyyət Naminə Əlilliyi Olan Şəxslərə Dəstək“ İctimai Birliyinin sədri Ramilə Mahmudova şuranın katibi seçiliblər.