Vətəndaş cəmiyyəti institutlarının nəzərinə çatdırılır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın birgə yığıncağında (səsvermə) iştirak etmək istəyənlər 03.03.2023-cü il tarixindən 17.03.2023-cü il tarixinədək (iş günləri saat 9.30-dan 17.00-dək) Nazirlik yanında İctimai şuranın Seçki Komissiyasına müraciət edə bilərlər. (Sənədlər Nazirliyin Sənədlərlə və vətəndaş müraciətləri ilə iş şöbəsinə təqdim edilməlidir. Ünvan: ƏƏSMN-nin inzibati binası, S.Əsgərova küç. 85)
Birgə yığıncaqda (səsvermə) hər bir vətəndaş cəmiyyəti institutundan bir nümayəndə iştirak edə bilər.
Səsvermədə iştirak üçün müraciətə (müraciətdə səsvermədə iştirak edəcək şəxsin əlaqə vasitələri, e-mail və digər zəruri məlumatları qeyd edilməlidir) vətəndaş cəmiyyəti institutları aşağıdakı sənədləri əlavə etməlidir:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuraya seçkiylə bağlı birgə yığıncaq (səsvermə) 29.03.2023-cü il tarixində saat 10.00-dan – 13.00-dək Nazirlikdə (I mərtəbə, iclas zalı) keçiriləcək.
Əlavə məlumat əldə etmək üçün (012) 526 01 01 (dax: 2533) nömrəli telefonla əlaqə saxlamaq olar.
Şəffaflığın təmin edilməsi məqsədilə səsvermənin videoçəkilişi aparılacaq.