Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və xüsusi qayğıya ehtiyacı olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi ...

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və xüsusi qayğıya ehtiyacı  olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə Uşaq Günərzi Qayğı və İcma Əsaslı Reabilitasiya mərkəzləri xidmətinin göstərilməsi (Astara, Ağsu, Beyləqan, Qazax, Yardımlı, Ağcabədi, Qax, Cəlilabad, Lənkəran, Tovuz, Bərdə, Quba, Lerik, Goranboy, Göygöl,Hacıqabul, Neftçala,Oğuz,  Qusar,İmişli, Ağstafa, Ucar, Abşeron, Salyan, Masallı, Qəbələ, Bakı-Yasamal, Bakı-Nəsimi, Bakı-Nərimanov, Bakı-Binəqədi, Bakı-Nizami, Bakı-Pirallahı, Bakı-Qaradağ, Bakı-Səbail, Bakı-Sabunçu, Bakı-Xəzər, Bakı-Xətai, Bakı-Suraxanı, Gəncə, Zaqatala, Şirvan, Xaçmaz, Samux, Tərtər, Zərdab, Balakən, Şamaxı, Sabirabad, Gədəbəy, Saatlı, Ağdaş, Sumqayıt, Yevlax, Naftalan, Biləsuvar, Mingəçevir, Şəki və Şəmkir şəhər və rayonları üzrə)” adlı müsabiqə keçirir.  

        Müsabiqədə qeyri-hökumət təşkilatları iştirak edə bilərlər.

        İştirak haqqı yoxdur.

Maraqlanan təşkilatlar müsabiqələrin əsas şərtlər toplusunu və texniki tapşırığını əldə etmək üçün Bakı şəhəri, H. B. Zərdabi pr. 80  ünvanına yazılı müraciət edə bilərlər.

Müsabiqədə iştirak edən təşkilatların təklifləri H. B. Zərdabi pr. 80  ünvanına 24 sentyabr 2020-ci  il  saat 17:00-dan gec olmayaraq təqdim edilməlidir. Gecikdirilmiş təkliflər qəbul olunmayacaqdır.

 Müsabiqə 25 sentyabr 2020-ci il saat 11:00-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunda  keçiriləcəkdir. 

      Əlaqə telefonu: (012) 434-05-20.

      Müsabiqə komissiyası;