7 ayın sosial göstəriciləri
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 7 ayında proqnozla müqayisədə 2 faiz və ya 79 mln. manat çox olmaqla 4 mlrd. 36 mln. manat təşkil edib.
Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 2 faiz və ya 65 mln. manat artaraq 3 mlrd. 284 mln. manat olub.
Yanvar-iyul aylarında DSMF-nin xərcləri 4 mlrd. 5 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz və ya 493 mln. manat çoxdur.