ADA Universitetində “Technovate-Sabah Mələk İnvestorlar Klubu”nun təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə təşkil olunan startaplar üzrə dünya çempionatının (Startup World Cup) regional mərhələsi keçirilib.
Dövlət və özəl təşkilatların nümayəndələrinin iştirakı ilə baş tutan tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev spiker qismində çıxış edib.
A.Əliyev tədbirin ölkəmizdə nəinki startap və investisiya, həmçinin digər sahələrin də inkişafında böyük rola sahib olduğu qeyd edib.
Sonda jürilər tərəfindən qalib startap elan edilib. Qalib komanda ABŞ-də baş tutacaq final mərhələsində iştirak etmək şansı qazanıb.
Qeyd edək ki, “Startup World Cup” 60-dan çox ölkədə keçirilən və ən yaxşı startapları, vençur kapitalistlərini, sahibkarları və dünya səviyyəli texnologiya sahəsi üzrə icraçı direktorları bir araya gətirən qlobal konfrans və yarışmadır.