Bu gün saat 12.00-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
27 sentyabr ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə ölkəmizdə Anım Günü kimi qeyd edilir.
Qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyirik.
Şəhidlərimiz bizim qürur mənbəyimizdir! Şücaətlər göstərərək şanlı tarix yazan şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq!