Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı növbəti ictimai dinləmə Qusar rayonunda təşkil olunub.
Görüşün məqsədi layihə barədə məlumatlılığı artırmaq və nəzərdə tutulmuş hədəf kateqoriyalarını layihəyə cəlb etməkdir.
İşaxtaran və işsiz şəxslərin iştirak etdiyi görüşdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər haqqında məlumat verilib.
Proqramın gözlənilən faydaları, eləcə də müraciət və iştirak qaydalarına dair ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda iştirakçılara layihə və təqdim edilən biznes zərflər barədə məlumatların əks olunduğu çap materialları paylanıb.