14 İyun - Ümumdünya Qan Donoru günü münasibətilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qan donorluğunun təşkilində fəal iştirakına görə təşəkkür edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi qanvermə aksiyalarında daim iştirak edir, xroniki və irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara dəstək məqsədi daşıyan bu işlərdə öz töhfəsini verir.
Bundan əvvəl, 2021-ci ildə də Nazirliyə qanvermə aksiyalarında fəal iştirakına görə Qan Bankı tərəfindən təşəkkür edilib.
Sosial şəbəkələrdə də bizi izləyin: