Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı növbəti məlumatlandırma tədbirləri Ağsu və Kürdəmir rayonlarında baş tutub.
Məqsəd məlumatlılığı artırmaq və nəzərdə tutulmuş hədəf kateqoriyalarını layihəyə cəlb etməkdir.
İşaxtaran və işsiz, o cümlədən öz biznesini qurmaq istəyən şəxslərin iştirak etdiyi görüşlərdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, eləcə də müraciət və iştirak qaydalarına dair iştirakçılara ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. Həmçinin, layihə çərçivəsində öz biznesini qurmaq istəyən şəxslərə müvafiq tövsiyələr verilib.
Sonda iştirakçılara layihə və təqdim edilən biznes zərflər barədə məlumatların əks olunduğu çap materialları paylanıb.
Sosial şəbəkələrdə də bizi izləyin: