Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın 15 nəfərdən ibarət yeni tərkibinin müəyyən olunması üçün seçki keçirilib.
Qeyd edək ki, seçkinin təşkili məqsədilə Nazirlikdə 9 nəfərdən (Nazirlik əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutlarından 5 üzv) ibarət komissiya yaradılıb və seçkilərin keçirilməsi ilə bağlı elan verilib. Vətəndaş cəmiyyəti institutlarından şuraya üzv olmaq üçün 37 nəfərin namizədliyi təsdiq edilib. Səsvermədə iştirak üçün QHT və KİV nümayəndələri olan 260 nəfər qeydiyyata alınıb. Onlardan 227 nəfər səsvermədə iştirak edib.
Seçicilərin fəallığı şəratində, şəffaf şəkildə keçirilən seçkinin yekunu olaraq ictimai şuranın 15 nəfərdən ibarət yeni tərkibi seçilib. Həmin şəxslər aşağıdakılardır:
S/n | S.A.A | Təmsil etdiyi vətəndaş cəmiyyəti, vəzifəsi |
1. | Həsənov Məmmədhəsən Murad oğlu | “Mina Qurbanlarının Sosial İqtisadi Problemlərinin Həllinə Kömək” İB-nın sədri |
2. | Mirzəyev Umud Rəhim oğlu | Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri |
3. | Həsənli Emin Əliyar oğlu | “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İB-nın sədri |
4. | Rəhimova Məhluqə Gülməmməd qızı | “Əlil Qadınlar Cəmiyyəti” İB-nın sədri |
5. | Qasımov Rey Kərim oğlu | “Qarabağ Qaziləri” İB-nın İdarə Heyətinin üzvü |
6. | Məmmədov Sahib Məlik oğlu | “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri |
7. | Alızadə Sevinc Əsgərxan qızı | “Zəfər” Şəhid Ailələrinə Dəstək” İB-nın sədri |
8. | Həsənov Mirhəsən Yusif oğlu | ”Çernobıl Əlilləri İttifaqı” İB-nın sədri |
9. | Rzaquliyev Füzuli Ədəb oğlu | “Azərbaycan Vətən Müharibəsi Veteranları” İB-nın sədri |
10. | Əliyev Mayis Nəbi oğlu | ”Sosial Hüquqların Araşdırılması” İB-nın sədri |
11. | Mahmudova Ramilə Rasim qızı | “İnklüziv Cəmiyyət Naminə Əlilliyi Olan Şəxslərə Dəstək“ İB-nın sədri |
12. | Abışova Vüsalə Mahir qızı | “Azəri Press” Agentliyinin (APA) baş direktoru |
13. | Zəkiyev İlham Əzizağa oğlu | Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin vitse-prezidenti |
14. | İsmayılova Nailə İsgəndər qızı | “Yeni Həyat Humanitar və Sosial Dayaq” İB-nın sədri |
15. | Məmmədov Elşad Yaqub oğlu | “Ümman” Əlilliyi olan uşaqlara Qayğı” İB-nın icraçı direktoru |
“İctimai iştirakçılıq haqqında” Qanuna uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında fəaliyyət göstərən İctimai şura Nazirliyin fəaliyyətində ictimai iştirakçılığı ifadə edərək, aidiyyəti fəaliyyət sahələri üzrə qanunvericiliyin təkmilləşdirilməsi, hüquqi aktların qəbulu prosesində vətəndaş cəmiyyəti institutlarının iştirakına, ictimai nəzarətin təmin olunmasına xidmət edir. Qanunvericiliyə uyğun olaraq İctimai şuranın səlahiyyət müddəti iki ildir və hər iki ildən bir şuranın yeni tərkibi seçilməlidir.