Ermənistan tərəfindən Gəncə şəhərində mülki şəxslərə yönəlmiş terror aktları zamanı zərər çəkmişlərə psixoloji yardım göstərmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyində psixoloqlardan ibarət 9 nəfərlik briqada yaradılıb.
Hadisənin elə ilk günündən müvafiq işlərə başlayan briqada Gəncə şəhər İcra Hakimiyyətinin təqdim etdiyi siyahı üzrə sakinlərlə - dəhşətli terrorun ağrı-acısını yaşayan, ermənilərin raket hücumlarından dərin sarsıntı keçirmiş və psixoloji yardıma ehtiyacı olan vətəndaşlarla, ailələrlə görüşüb. Onlarla profilaktik söhbətlər aparıb, hər birinə psixoloji yardımlar göstərib.