2023-cü ilin sosial göstəriciləri
2023-cü il ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 2022-ci illə müqayisədə 1 mlrd. 311 mln. manat və ya 19,7% çox olmaqla 7 mlrd. 957 mln. manat ödənilib.
Ötən ilin əvvəlindən növbəti sosial islahat paketi reallaşdırılaraq pensiya, müavinət və təqaüdlərin, habelə ehtiyac meyarı həddinin növbəti dəfə artırılması təmin edilib.
Əmək pensiyaçılarına maddi yardımlar pensiyanın sığorta hissəsinə əlavə edilib və pensiyanın sığorta hissəsi 2023-ci ilin yanvarın 1-dən 14,7% indeksləşdirilərək artırılıb.