Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi də başa çatdırılıb.
Bundan əvvəl - oktyabrın 6-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, oktyabrın 13-də bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin oktyabr ayının pensiyaları ödənilib.
Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.