9 ayın sosial göstəriciləri
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2024-cü ilin 9 ayında vətəndaş müraciətlərinin araşdırılması zamanı 155,3 min manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.
Xidmətin gördüyü tədbirlər nəticəsində müvafiq işəgötürənlər tərəfindən həmin vəsaitin işçilərə ödənilməsi təmin olunub. Ödənilən vəsaitin 85 faizi əməkhaqları, qalan hissəsi sosial müavinət və kompensasiyalardan ibarət olub.
Cari ilin yanvar-sentyabr aylarında 49 işçi ilə əmək müqavilələrinə qanunsuz xitam verildiyi də müəyyən olunub. Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən görülən tədbirlərlə həmin işçilərin əvvəlki iş yerlərinə bərpası təmin edilib.