Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, Nazirliyin tabeliyindəki DOST Agentliyi, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyi və Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın əməkdaşları ADA Universitetində təşkil olunmuş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupu tərəfindən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın ilk məzunları ilə görüş və karyera sərgisində iştirak ediblər.
Sərgi iştirakçılarına Nazirlik və qurumlarının fəaliyyət istiqamətləri, iş imkanları və Nazirlik sistemində dövlət qulluğuna qəbul qaydaları haqqında ətraflı məlumatlar verilib.
Onlara həmin mövzularda maarifləndirici çap məhsulları paylanılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Tədbirdə məqsəd xaricdə təhsil almış gənclərin ixtisasyönümlü karyera perspektivlərini dəstəkləmək və ölkənin kadr potensialını gücləndirməkdir.