Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev sentyabrın 20-də Beyləqan rayonunda sakinləri qəbul edib.
Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə veteranları da olub.
A.Əliyev onların sosial vəziyyəti ilə maraqlanıb, bütün şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün Nazirliyin başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.
Qəbul zamanı vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.