Naxçıvan Muxtar Respublikasında da DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin yaradılması nəzərdə tutulur. Yaxın günlərdə Mərkəzin layihələndirilməsi işlərinə başlanacaq.
İlk belə mərkəz 2021-ci ilin oktyabr ayında Bakıda açılıb və Cənubi Qafqazda ilk və ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanıdır. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Mərkəzdə sosial cəhətdən həssas qrupların yaradıcı potensialının inkişaf etdirilməsinə, onların cəmiyyətə inteqrasiyasına dəstək işləri aparılır.
Naxçıvanda yaradılacaq DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi də muxtar respublikada yaşayan əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri və digər həssas qruplara aid şəxslərin istedad və bacarıqlarının təkmilləşdirilməsinə, onların sosial inteqrasiya imkanlarının artırılmasına dəstək göstərəcək.