Artıq 20 min şəxsə bu layihə üzrə aktivlər verilməklə
onlar üçün kiçik bizneslər qurulub.
2020-2025-ci illəri əhatə edən “Məşğulluğa Dəstək Layihəsi”nə bu il daha 5 minədək şəxsin cəlb edilməsi nəzərdə tutulur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan bu layihə özünüməşğulluq proqramının genişləndirilməsində dəstək məqsədi daşıyır.
Layihə gənclər, qadınlar, əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, aztəminatlı ailələrin üzvləri və digər həssas qruplara aid işsiz şəxslərin istehsal və xidmət sahələri üzrə avadanlıqlar əldə edərək əmək bazarına çıxışına imkan yaradır.
Artıq 20 min şəxs “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində aktivlərlə təmin olunaraq istehsal və xidmət sahələri üzrə kiçik bizneslərini yaradıb.
22 min işsiz şəxsi əhatə etməsi nəzərdə tutulan layihənin uğurlu icrasının nəticəsi olaraq bu ilin sonunadək həmin rəqəmin 25 minə çatdırılması planlaşdırılır.