Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” barəsində məlumatlılığı artırmaq məqsədilə Xaçmaz rayonunda ictimai dinləmə təşkil olunacaq.
Tədbirdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, müraciət və iştirak qaydaları, eləcə də layihə çərçivəsində nəzərdə tutulan əlavə dəstək mexanizmlərinə dair iştirakçılara ətraflı məlumat veriləcək və onları maraqlandıran suallar cavablandırılacaq.
İctimai dinləmə 01 oktyabr 2024-cü il tarixində saat 12:00-da Xaçmaz KOB evinin inzibati binasında (Xaçmaz şəhəri, Bakı prospekti 45) keçiriləcək.